Döyüşdə olan hərbçinin yeni doğulmuş üçəminin xərclərini Heydər Əliyev Fondu ödəyəcək

19 Oktyabr 2020 - 15:46

Hazırda işğal altındakı ərazilərimizin azad olunması uğrundakı döyüşlərdə iştirak edən hərbçimiz Nadir İbadovun yeni doğulan və hazırda küveyzdə saxlanılan üçəmlərinin xəstəxanadakı bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Cəbhədə döyüşən hərbçimiz Nadir İbadov bu günlərdə 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.

Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.