Döyüşdə olan hərbçinin yeni doğulmuş üçəminin xərclərini Heydər Əliyev Fondu ödəyəcək

Hazırda işğal altındakı ərazilərimizin azad olunması uğrundakı döyüşlərdə iştirak edən hərbçimiz Nadir İbadovun yeni doğulan və hazırda küveyzdə saxlanılan üçəmlərinin xəstəxanadakı bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Cəbhədə döyüşən hərbçimiz Nadir İbadov bu günlərdə 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.

Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 331 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Təbrizdə azərbaycanlılar küçələrə çıxıb –