DSK sədri:

"Bəzi müşahidəçilər seçkinin gedişinə maneə yaradırlar"
09 Fevral 2020 - 13:37

“Bəzi müşahidəçilərə xəbərdarlıq etmişik”.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında 81 saylı Beyləqan Dairə Seçki Komissiyasını (DSK) sədri, Zakir Vəlişov deyib.

DSK sədri bildirib ki, bəzi namizədləri təmsil edən müşahidəçilər, seçkinin gedişinə maneə yaradırlar: “Bu səbəbdən də onlara xəbərdarlıq etmişik. Belə hallar yenidən təkrarlanarsa, həmin müşahidəçiləri seçki məntəqələrindən uzaqlaşdıracağıq”.