DSMF-də gənc əməkdaşlar üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) gənc kadrların peşəkarlığının artırılması məqsədilə növbəti təlim Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının gənc əməkdaşları üçün təşkil olunub.

Bu barədə Azpost.info-ya DSMF-dən məlumat verilib.

Onlara ünvanlı dövlət sosial yardımı proqramının hüquqi, iqtisadi və təşkilati əsasları ilə bağlı ətraflı məlumatlar verilib. Aztəminatlı ailələri əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin əsas prinsipləri (ünvanlılıq, ədalətlilik, bərabərlik) onlara ətraflı izah olunub, proqramın icrası zamanı bu prinsiplərə daim ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Təlim iştirakçılarının sualları da cavablandırılıb. Öz fəaliyyət sahəsi üzrə bilikli və peşəkar mütəxəssis hazırlığının təmin olunması məqsədi ilə bu təlimlər qarşıdakı dövrdə də davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Açıq havada maska taxmayanlar 100 manat cərimələnəcək –

Sonrakı məqalə

Avropa İttifaqı Qarabağ döyüşlərində zərər çəkən vətəndaşlara 3 milyon avro yardım ayırdı