Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

DSMF-in sabiq əməkdaşı 6 milyon pulu necə oğurlayıb? –

User 26 Noyabr 2025 - 19:28 (Last updated: 26 Noyabr 2025 - 19:28)
mehkeme

Dövlət Sosial Müdafiə Fondunun 6 milyon 500 min manat vəsaitini ələ keçirməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 178.4-cü maddə ittihamdan xaric olunub, lakin birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Əliyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, 6,5 milyon manat pul müvafiq olaraq ümumilikdə 16 161, 192 987, 81 066, 293 795, 110 927, 96 089, 410 568, 751 192, 228 974, 217 004, 97 843, 155 097, 119 395, 390 621, 142 157, 56 424, 173 310, 637 490, 338 924, 35 085, 361 072, 152 218, 128 944, 137 143, 221 818, 320 611, 218 290, 99 559, 107 462, 50 872, 40 856, 16 183, 94 369, 11 413, 16 812 və 9 381 manat olmaqla 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751, 637 min manat kimi böyük məbləğin köçürülməsi diqqət çəkib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilib.

Bundan başqa,Vüsal Əliyevin həbsdə olarkən əleyhinə ifadə vermiş keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdığı bildirilir.

AzPost.az

Post navigation

Previous: Trendyol üçüncü Dayanıqlılıq Hesabatını açıqlayıb
Next: Ceyhun Bayramov Roma Papası ilə görüşüb

Oxşar xəbərlər

polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20

xƏBƏR

putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
Çoxqütblü dünyanın formalaşması müstəmləkə təfəkkürünə və başqalarının hesabına varlanmağa alışmış dövlətlərin müqavimətinə baxmayaraq, geri dönməz tendensiyaya çevrilib....
Read more about Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15
Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44
Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb? market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.