DSX-nın vəzifəli şəxslərinin həbs müddəti uzadılıb –YENİLƏNİB

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan müddəti 3 ay, dekabrın 12-ə qədər uzadılıb.(APA)

**

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyevlə birgə həbs olunan vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır.

İstintaqın təqdimatı ilə mayın ortalarında barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilən vəzifəlilərin həbsdə qalma müddəti bir neçə gün sonra başa çatır. Buna görə də istintaq müddətinin artırılması üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov, FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin müdiri Abdulla Abdullayev və balıqçı Xaliq Quliyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilib.

Bütün təqdimatlara bu gün hakim Elbəy Allahverdiyevin təqdimatı ilə baxılacaq.

Adıçəkilən şəxslərlə birgə həbs edilən general Nağıyev isə avqustun 8-də ev dustaqlığına buraxılıb.

Qeyd edilən vəzifəli şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar. Balıqçı Xalis Quliyev isə rüşvətin toplanıb A.Abdullayevə verilməsində vasitəçi olub. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Navalnı komadan ayılıb –

Sonrakı məqalə

Qurban Məmmədov barəsində cinayət işi başlanıb