DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirir –

Binaya xüsusi təyinatlılar daxil olub (YENİLƏNİR)
20 Fevral 2020 - 13:22

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

“Report”un xəbərinə görə, bu barədə rəsmi məlumat veriləcəyi gözlənilir.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

APA-nın məlumatına görə, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.