Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dubayda “Burj Xəlifə”nin zirvəsində 51 milyon dollarlıq satış

Orkhan Ali 26 Mart 2025 - 22:46 (Last updated: 21 May 2025 - 20:15)
1742973096_5e03060c214ed80318b2c6b6

Dubayın simvoluna çevrilmiş “Burj Xəlifə” qülləsinin iki ən yüksək yaşayış mərtəbəsində yerləşən və 21 min kvadrat fut sahəyə malik dəbdəbəli “penthaus” satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, “Sky Palace” adlanan bu dupleks mənzil 51 milyon dollar qiyməti ilə “IDRE” şirkətindən Əsəd Xan tərəfindən təqdim olunur.

Dünyanın ən hündür binasında yerləşməsi sayəsində bu mənzil dünyanın ən yüksək yaşayış məkanlarından biri hesab olunur. Buradan Dubayın “Business Bay” bölgəsinə, Ərəb körfəzinə və səhraya qədər uzanan panoramik, maneəsiz görüntü açılır.

Layihə çərçivəsində kino zalı və iki mərtəbəli uşaq otağı kimi ideyalar da təklif edilir. Əlavə olaraq, 12 şəxsi parkinq yeri və binadakı yeganə özəl liftlə giriş imkanı da təqdim olunur. Sakinlər üçün fitnes mərkəzi, üzgüçülük hovuzları, şəxsi istirahət zonası, tennis meydançaları, restoranlar və 24 saat konsyerj xidməti kimi geniş imkanlar mövcuddur.

Bu mənzil uzun müddət boş qaldıqdan sonra 2022-ci ildə sahibkar Karl Haddad və onun tərəfdaşı tərəfindən əldə olunub. Haddad hesab edir ki, bu nadir əmlak üçün artıq doğru satış zamanıdır. Onun fikrincə, bu bina və təqdim etdiyi yaşayış təcrübəsi dünyada analoqu olmayan unikallığa malikdir.

Qeyd edək ki, “Sky Palace” ən yüksək mərtəbədə yerləşən “penthaus” olsa da, dünyanın ən bahalı penthausu statusu hələ də Londonda yerləşən və Nik Kendi adlı iş adamına məxsus 220 milyon dollarlıq mənzilə aiddir.

Post navigation

Previous: ABŞ dövlət katibi Fidanla Türkiyədə həbsləri müzakirə etməyib –
Next: Dörd günlük iş həftəsi: Bütün dünyada necə dəyişir?

Oxşar xəbərlər

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
errmeni spiker rubinyan
  • Dünya

“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham

User 20 Noyabr 2026 - 19:16

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.