Dünən 244 toyda yoxlama aparılıb –1562 nəfər toya buraxılmayıb (DİN)

İyulun 24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;
-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
– 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
– 1562 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

Sonrakı məqalə

“Badamdar yamacında yanğında kol-kos, ağac, plastik su boruları yanıb” –