Dünya bazarlarında təbii qaz ucuzlaşıb

11 Dekabr 2020 - 09:29

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

APA-Economics”in məlumatına görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,5% azalaraq 2,562 ABŞ dolları təşkil edib.