Dünya çempionu koronavirusa görə şəxsi əşyalarını satışa çıxardı

Cüdo üzrə israilli dünya çempionu Sagi Muki koronavirusla mübarizə hərəkatına qoşulub.

“Report”un “İnside the Games”ə istinadən verdiyi məlumata görə, 28 yaşlı idmançı anadan olduğu Netanya şəhərinin Laniado bölgəsindəki xəstəxanaları süni tənəffüs aparatları ilə təmin etmək məqsədi ilə şəxsi əşyalarını hərraca çıxarıb.

Auksiyona qoyulan əşyalar arasında Mukinin şəxsi məşq ləvazimatları, dünya çempionatında çəkilmiş imzalı şəkilləri və bir donorun verdiyi təşəkkür videosu da var.

Siyahıdakı ən bahalı əşya Mukinin 2019-cu ildə Yaponiyanın paytaxtı Tokiodakı dünya çempionatında geyindiyi cüdo geyimidir. Bu geyim, təxminən, 48 min avroya satışa çıxarılıb.

Qeyd edək ki, Sagi Muki ötən il 81 kq çəki dərəcəsində dünya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ruhani:

Sonrakı məqalə

Pedaqoji ixtisası olmayan hansı şəxslərin müəllim işləyəcəyini nazirlik müəyyənləşdirəcək