Ruhani:"Milli valyutanın adının dəyişməsi iqtisadiyyata təsir göstərməyəcək"

“İranda milli valyutanın adı – “rial” insanlar tərəfindən işlədilmədiyinə görə, bunun əvəzinə “tümən” adı tətbiq edildi”.

“Report” xəbər verir ki, bunu dövlət televiziyasında çıxışı zamanı Prezident Həsən Ruhani bildirib.

“Uzun müddətdir bizdə milli valyutanın yazışmalarda işlədilən adı və danışıqda işlədilən adı olub. Əslində, rial insanların həyatında mövcud olmayıb”, – o deyib.

H.Ruhani belə vəziyyətin müəyyən qarmaqarışıqlığa gətirib çıxardığını, hətta bank işçilərini çaşdırdığını və nəticədə bankların fəaliyyətində qüsurlar yarandığını bildirib.

Bundan belə danışıq ilə yazışmalar arasındakı bu fərqin aradan qalxdığını dilə gətirən prezident deyib: “Bu addımın iqtisadi artım və ya inflyasiya baxımdan hansısa gözəçarpan təsir edəcəyinə inanmıram, məsələ daha çox hesablamalardakı rahatlıqda və milli pulun zahiri görkəmindədir”.

Xatırladaq ki, dünən İran Məclisi milli valyutanın adının dəyişdirilməsi və denominasiyası barədə qərar çıxarıb. Qərarla milli pula tümən adı verilməklə bir tümən 10.000 riala bərabər tutulur. Qeyd edək ki, 1932-ci ilədək İran valyutasının adı tümən olub, sonradan rial tətbiq olunub. Lakin qeyri-rəsmi olaraq gündəlik həyatda bütün hesab-kitab 10 riala bərabər tutulan tümənlə aparılır, nəticədə müəyyən qarışıqlıq meydana çıxırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Sahil Babayev 190 manat yardımın hesabatını verdi –

Sonrakı məqalə

Dünya çempionu koronavirusa görə şəxsi əşyalarını satışa çıxardı