“Dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” –

PREZİDENT
23 Noyabr 2020 - 19:02

“Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub”.

Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Birinci xanım Mehriban Əliyevanın instagram səhifəsində yaydığı video-görüntüdə Azərbaycan Prezidenti düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib: “Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir”.