“Dünya ölkələrinin yarısında koronavirusla bağlı yeni xəstələrin sayı azalıb” –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada bir həftə ərzində yeni koronavirusa yoluxma hallarının artdığını açıqlayıb.

Bu barədə TASS xəbər yayıb.

Verilən məlumatlara görə yoluxmanın artma nisbəti 2 % və ya 2,7 milyon olub. Bu, əvvəlki həftənin məlumatlarını üstələyir.

Eyni zamanda, koronavirusa yoluxmuş xəstələrdə ölüm hallarının artımı 6 % azalıb.

“Qlobal olaraq ölkələrin təxminən yarısında yeni xəstələrin sayı azalıb, digər yarısında isə artıb”, – deyə ÜST-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə üzrə pensiyaların tam ödəniləcəyi vaxt açıqlandı

Sonrakı məqalə

İşğal vaxtı Qarabağda biznes qurmuş xarici şirkətlər Azərbaycandan üzr istəyib