Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Dünya ərzaq bazarında həyəcan-

User 07 İyun 2026 - 15:10 (Last updated: 07 İyun 2026 - 13:50)
market

Son aylarda dünya bazarlarında ərzaq qiymətləri yenidən qlobal iqtisadiyyatın və gündəliyin əsas müzakirə mövzusuna çevrilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi statistikası göstərir ki, qlobal ərzaq qiymətləri indeksi kiçik aylıq dalğalanmalara baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% artıb və son 3 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb.

Xüsusilə strateji məhsullar sayılan dənli bitkilər (taxıl) və şəkərin qiymətindəki kəskin sıçrayışlar gələcək ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Qiymətləri bahalaşdıran  əsas səbəblər nədir?

Ekspertlər qlobal bazarlardakı bu artımı bir neçə fundamental faktorla əlaqələndirirlər:

Səbəblərdən biri logistika və geosiyasi böhranlardır. Yaxın Şərqdəki münaqişələr və xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal ticarət yollarını riskə atıb. Bu böhran həm daşınma xərclərini artırıb, həm də gübrə tədarükündə fasilələrə yol açıb.

Digər səbəb məhsuldarlığın aşağı düşməsidir. FAO-nun proqnozlarına görə, növbəti mövsümdə qlobal taxıl istehsalının 2% azalacağı gözlənilir. ABŞ-da qışlıq buğda sahələrində son onilliklərin ən əlverişsiz hava şəraiti (quraqlıq) hökm sürür. ABŞ-da “Hard Red Winter” markalı buğdanın qiyməti illik müqayisədə 28% yüksəlib.

Həmçinin neft qiymətlərinin baha olması fonunda Braziliya kimi nəhəng istehsalçılar şəkər qamışı və bitki yağlarını qida sənayesi əvəzinə bioyanacaq (etanol) istehsalına yönəldirlər. Bu da bazarda birbaşa qida məhsullarının azalmasına və bahalaşmasına səbəb olur.

Ekspertlərin fikrincə, qlobal kənd tərrüfatı sistemləri dözümlülük nümayiş etdirsə də, taxıl və şəkər qiymətlərindəki artım iqlim risklərinə və enerji bazarlarındakı şoklara qarşı nə qədər həssas olduğumuzu göstərir. Hörmüz boğazındakı qeyri-müəyyənlik gübrə tədarükünü məhdudlaşdırarsa, bu, növbəti illərin də məhsuldarlığına zərbə vuracaq.

Dünya bazarlarındakı bu trendlər, daxili bazarının əhəmiyyətli hissəsini idxal hesabına təmin edən ölkələr üçün inflyasiya təzyiqini qaçılmaz edir. Yanacaq, gübrə və logistika xərcləri aşağı düşməyənə, həmçinin geosiyasi risklər səngiməyənə qədər qlobal ərzaq qiymətlərində ucuzlaşma gözlənilmir. Bu isə yaxın aylarda yerli bazarlarda da bəzi idxal məhsullarının qiymətinə təsir göstərə bilər.

Qlobal dalğa Azərbaycan bazarına hansı təsirləri var?

Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, bəzi strateji ərzaq məhsullarının, xüsusən də ərzaqlıq buğda, bitki yağları, kərə yağı və şəkər xammalının əhəmiyyətli hissəsini xarici bazarlardan idxal edir. Bu səbəbdən dünya birjalarında qiymətlərin artması ölkəmizə “idxal olunan inflyasiya” formasında daxil olur.

Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkədə birt rəqəmli inflyasiya (mülayim səviyyədə) qorunub saxlanılsa da, dünya birjalarında taxıl və şəkərin bahalaşması daxili bazarda müəyyən təzyiqlər yaradır.

Çörək və un məhsullarında qiymətlər sabit qala biləcəkmi?

Azərbaycan illik ərzaqlıq buğda tələbatının böyük hissəsini Rusiyadan idxal edir. Rusiyada və ABŞ-da proqnozlaşdırılan məhsuldarlıq azlığı qonşu ölkədə ixrac rüsumlarının artmasına səbəb ola bilər. Lakin Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi və Mərkəzi Bankın un istehsalçıları üçün tətbiq etdiyi dəstək mexanizmləri, həmçinin unun əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi daxili bazarda kəskin qiymət artımının qarşısını alan əsas “müdafiə qalxanı” rolunu oynayır. Yaxın aylarda çörəyin qiymətində kəskin sıçrayış gözlənilməsə də, un məhsullarının çeşidlərində (şirniyyat, makaron və s.) xırda qiymət tənzimləmələri qaçılmaz ola bilər.

Şəkər və bitki yağları sektorunda hansı təzyiqlər hiss olunur?

Dünyada şəkər qamışının bioyanacaq istehsalına yönəldilməsi ucbatından qlobal şəkər qiymətlərinin 7.5% artması yerli qənnadı və içki sənayesinə birbaşa təsir edir. Azərbaycan şəkər istehsalında xammalı qlobal bazarlardan aldığı üçün payız aylarına doğru şəkər və tərkibində şəkər olan məhsulların qiymətində müəyyən artım dinamikası müşahidə oluna bilər. Bitki yağlarında qlobal miqyasda qeydə alınan 4.6%-lik qısamüddətli eniş isə hazırda daxili bazarda kəskin bahalaşmanın qarşısını alır.

Hökumət və Mərkəzi Bank qlobal inflyasiyanın daxili bazara təsirini minimuma endirmək üçün bir neçə istiqamətdə preventiv (qabaqlayıcı) addımlar atır.

Manatın dollara nisbətdə 1.70 səviyyəsində möhkəm saxlanılması idxal olunan məhsulların valyuta fərqi ucbatından əlavə bahalaşmasının qarşısını alır. İdxaldan asılılığı azaltmaq üçün yerli taxılçılıq, heyvandarlıq və şəkər çuğunduru istehsalına verilən subsidiyalar artırılır.

İdxal rüsumlarında güzəştlər olunur. Strateji ərzaq xammallarının ölkəyə gətirilməsi zamanı gömrük və vergi güzəştləri mexanizmi aktiv şəkildə tətbiq edilir.

Dünya bazarlarında ərzaq qiymətlərinin yüksək qalması Azərbaycanın idxal xərclərini artırsa da, ölkənin güclü valyuta ehtiyatları və sabit məzənnə siyasəti daxili bazarda xaosun və kəskin bahalaşma dalğasının qarşısını uğurla alır. Payız mövsümünə qədər daxili ərzaq bazarında kəskin sıçrayışlar gözlənilmir, lakin qlobal trendlər diqqətlə izlənilməlidir.

Samir Abdulla

 

AzPost.az

Post navigation

Previous: Gündə 30 dəqiqə piyada gəzmək orqanizmə necə təsir edir?
Next: Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Oxşar xəbərlər

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.