Dünyada 149 milyon 338 min nəfərdə koronavirus aşkarlanıb

Dünyada 149 338 174 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 3 148 894 xəstə ölüb, 127 009 337 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 927 091 nəfər), Hindistan (17 988 637 nəfər), Braziliya (14 446 541 nəfər), Fransa (5 534 313 nəfər) və Rusiyadır (4 779 425 nəfər).

Türkiyədə 4 710 582, İranda 2 438 193, Gürcüstanda 305 850, Ermənistanda isə 214 064 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (108 980 nəfər), İranda (70 532 nəfər) və Türkiyədə (39 057 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 315 119 nəfərin 4 429-u ölüb, 282 786 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantin rejiminin yumşalması barədə danışmaq hələ tezdir” –

Sonrakı məqalə

Çində Xloya Çjounun aldığı “Oscar” haqqında yazmaq qadağan olunub –