Dünyada 221 milyon nəfərdə koronavirus aşkarlanıb

06 Sentyabr 2021 - 09:07

Dünyada 221 556 009 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 4 581 930 xəstə ölüb, 198 063 983 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (40 805 259 nəfər), Hindistan (33 027 621 nəfər), Braziliya (20 890 779 nəfər), Rusiya (7 012 599 nəfər) və Böyük Britaniyadır (6 978 126 nəfər).

Türkiyədə 6 498 054, İranda 5 129 407, Gürcüstanda 564 837, Ermənistanda isə 245 025 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (187 200 nəfər), İran (110 674 nəfər) və Türkiyədə (58 106 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 442 872 nəfərin 5 842-si ölüb, 383 682 xəstə sağalıb.