“Taliban” Pəncşirə nəzarəti tam ələ keçirib

“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

TASS-ın məlumatına görə, bunu “Taliban”ın təmsilçisi Zabihulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.

Bildirilir ki, vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 221 milyon nəfərdə koronavirus aşkarlanıb

Sonrakı məqalə

Dünyanı dəyişən adam –