Virusa yoluxanların sayı 230 milyonu ötdü –SİYAHI

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 456 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı  xəbər verir ki, ötən sutka ərzində 456 min 457 nəfər yeni koronavirusa yoluxub, 8 min 205 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 230 milyon 279 min 332, ölənlər isə 4 milyon 721 min 668 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (120 min 579 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1927 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (43,2 milyon), Hindistan (33,5 milyon), Braziliya (21,2 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,4 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Altı uşağım var…”-

Sonrakı məqalə

İki türk hər gün evdə bir qram qızıl əldə edir –