Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Ətraf mühitin çirklənməsi hər il dünyada 12,6 milyon insanın ölümünə səbəb olur. Ətraf mühitin qeyri-qənaətbəxş vəziyyəti dünya üzrə bütün ölümlərin 23 faizinə, 5 yaşadək uşaqlar arasında ölümlərin 26 faizinə səbəb olur.

Bunu Milli Məclisin Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

“Dünyada hər il 7-10 milyard ton bərk məişət tullantısı əmələ gəlir. Dünyada istifadə olunan bütün resursların demək olar ki, 10 faizi tullantıya çevrilir. Bərk kommunal tullantıların payına 2 milyard ton düşür. Müxtəlif ölkələrdə sənaye tullantılarının miqdarı gəlir səviyyəsindən, sənayeləşmədən, iqtisadiyyatın strukturundan asılıdır. Ən böyük həcmli tullantılar mineral ehtiyatların hasilatında, metallurgiyada və digər sahələrdə yaranır”, – deyə S.Qurbanov bildirib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.