Dünyada koronavirusa yoluxanların sayı 18 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 18 milyon nəfəri ötüb.

Bu barədə koronavirus üzrə statistikanı izləyən “Worldometer” portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 18 013 189 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 688 718 nəfər vəfat edib, 11,3 milyon nəfər isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (4 764 318), Braziliyada (2 708 876) və Hindistanda (1 751 919) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı icazəsiz mitinq keçirilib

Sonrakı məqalə

Ermənistan iriçaplı pulemyotlar və snayper tüfəngləri ilə atəşkəsi pozub