Dünyada koronavirusa yoluxanların sayı 4,7 milyonu ötdü –Daha 112 min yoluxma qeydə alınıb (ÜST)

Dünyada COVID-19-a yoluxanların sayı 4,7 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 112 637 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 322 pasiyent ölüb.

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 731 458 təşkil edir. Pandemiya ərzində koronavirusdan ümumilikdə 316 169 nəfər ölüb.

Dünyada koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 082 945 nəfər COVID-19 xəstəsidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fələstin İsrail və ABŞ-la bağladığı bütün razılaşmalardan çıxdığını elan edib

Sonrakı məqalə

“Höküməti cavabdeh etmək üçün platforma yaratdıq” –