Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 5,5 milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb.
“Worldometer” xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 96 505 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 5 494 455 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 2826 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 346 434 nəfər olub. İndiyədək 2 299 345 nəfər sağalıb və hazırda 2 848 676 aktiv yoluxmuş xəstə var ki, onlardan 53 224 nəfərin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları Amerika qitəsində müşahidə olunur. Ötən 24 saatda burada 52 382 nəfərdə virus aşkar olunub ki, bununla da yoluxanların ümumi sayı 2 509 189 nəfərə çatıb. İndiyədək 145 641 nəfər isə dünyasını dəyişib. Cəmi 802 168 nəfər sağalıb.
İkinci yerdə Avropa gəlir. Burada son sutka ərzində 15 849 nəfər COVID-19-a yoluxub (ümuilikdə 1 901 749), 569 nəfər isə eyni diaqnozdan dünyasını dəyişib (ümumilikdə 169 844). Sağalanların sayı 882 607 nəfərdir.
Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1 686 436), Braziliya (363 618), Rusiya (344 481), İspaniya (282 852), Böyük Britaniya (259 559), İtaliya (229 858), Fransa (182 584), Almaniya (180 328), Türkiyə (156 827) və Hindistanda (138 536) qeydə alınıb. (APA)