Dünyada koronavirusa yoluxanların ümumi sayı açıqlandı –RƏQƏMLƏR

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 237 mindən çox artıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 17-ı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 237 743 nəfər yeni koronavirusa yoluxub, 5 682 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 13 616 593, ölənlərin isə 585 727 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 7 154 840 yoluxma və 297 855 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 987 256, ölənlərin sayı isə 205 006 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 346 982 yoluxma və 33 281 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən iyulun 20-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

“Karantin zamanı çimərliklərdən istifadə məsələsinə baxılacaq” –