“Dünyada koronavirusa yoluxma hallarının sayı 16 faiz azalıb”- ÜST

Ötən həftə koronavirus infeksiyasına 4,5 milyondan çox insan yoluxub, 13 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə görə, ötən yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 16 faiz, ölüm hallarının sayı isə 13 faiz azalıb.

Mütəxəssislər yoluxma hallarının sayında xüsusilə əhəmiyyətli azalmanı Şərqi Aralıq dənizi regionu (37 faiz) və Avropada (20 faiz) qeydə alıblar. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrika (64 faiz), Şərqi Aralıq dənizi regionu (35 faiz) və Avropada (30 faiz) azalıb. Eyni zamanda, ölüm hallarının sayı Cənub-Şərqi Asiya (15 faiz) və Qərbi-Sakit Okean regionunda (3 faiz) artıb.

Bir həftə ərzində xəstəliyə ən çox yoluxma halları barədə Yaponiya məlumat verib – 1 258 772. Daha sonra Koreya Respublikası (743 487), ABŞ (576 437), Rusiya (288 580) və Almaniya (206 860) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox ölüm halı – 2 818 qeydə alınıb. Ondan sonra Yaponiya (1 990), Braziliya (1 039), İtaliya (647) və Koreya Respublikası (525) qərarlaşıb.

Əvvəlki məqalə

Müəllimlər yeni təyin olunan direktoru məktəbə buraxmayıb qovdular-

Sonrakı məqalə

“Lukoil”in vitse-prezidenti özünü altıncı mərtəbədən ataraq öldürdü