“Lukoil”in vitse-prezidenti özünü altıncı mərtəbədən ataraq öldürdü

Rusiyanın “Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.

Bu barədə “Gazeta.ru” məlumat verib. 68 yaşlı vitse-prezident özünü Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən yerə atıb. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.

Ravil Maqanov 2020-ci ildə “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib. O, 1993-cü ildən neft şirkətində çalışıb. 2006-cı ildə “Lukoil” PJSC-nin birinci vitse-prezidenti, 2020-ci ildə isə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

“Lukoil”in Direktorlar Şurası bu il martın 3-də bəyanat verərək müharibəni dayandırmağa çağırmışdı.

Əvvəlki məqalə

“Dünyada koronavirusa yoluxma hallarının sayı 16 faiz azalıb”

Sonrakı məqalə

Laçın şəhərindən Rusiya sülhməramlılarının bütün postları götürülüb