Dünyada koronavirusa yoluxma sayı 130 milyonu keçdi

Dünyada son sutka ərzində 510 365 nəfər koronavirusa yoluxub, 10 173 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 130 422 190 yoluxma hadisəsi, 2 842 135 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Şimali və Cənubi Amerikanın (177 098) payına düşür. Digər yerləri isə Avropa (169 858) ilə Cənub-Şərqi Asiya (103 810) bölüşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır“ –

Sonrakı məqalə

Türkiyədən Avropa ölkələrinə getmək istəyən 109 miqrant saxlanılıb