Türkiyədən Avropa ölkələrinə getmək istəyən 109 miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətində dənizə yola çıxmaq üzrə olan qəzalı bir qayıqdan 109 miqrant çıxarılıb.

AZƏRAC xəbər verir ki, Əfqanıstan və İran vətəndaşları olan bu şəxslərin qanunsuz yollarla Türkiyə ərazisini tərk edərək Avropa ölkələrinə, xüsusilə İtaliyaya getmək istədikləri müəyyən edilib. Onlara köməklik etməkdə şübhəli bilinərək saxlanılan dörd nəfərdən üçü həbs edilib.

Aralarında hamilə qadınlar və uşaqların da olduğu miqrantlar ölkələrinə geri göndərilmələri məqsədilə aidiyyatı qurumlara təhvil veriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxma sayı 130 milyonu keçdi

Sonrakı məqalə

“Qarabağ” vahid liderə çevrilib –