Dünyada koronavirusdan ölənlərin sayı 200 mini keçib

25 Aprel 2020 - 22:39

Dünyada koronavirusdan dünyasını dəyişənlərin sayı 200 mindən çox olub.

TASS xəbər verir ki, ən son məlumatlara görə, dünyada 2 milyon 845 min insan koronavirusa yoluxub.

Onlardan 7,05% -i, təxminən 200,5 min nəfər ölüb.

Qeyd edək ki, ölənlərin sayı aprelin 10-dan (100 min ölüm hadisəsi) bəri iki dəfə artıb. (APA)