Dünyada koronavirusdan sağalanların sayı 1,4 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 400 009 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (198 993), İspaniya (173 157) və Almaniyada (143 300) qeydə alınıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 033 320-yə çatıb. 276 686 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozanlar…

Sonrakı məqalə

Sahibə Qafarova: