Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dünyada meymunçiçəyinə 35 min insan yoluxub

User 18 Avqust 2022 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
meymunciceyi

Dünyanın 92 ölkəsində meymunçiçəyi xəstəliyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər bu xəstəlikdən ölüb. Ötən həftə ərzində 7500 yeni xəstə qeydə alınıb ki, bu da əvvəlki həftədən 20 faiz çoxdur. Demək olar ki, bütün yoluxma halları Avropa və Amerika qitəsi ölkələrinə təsadüf edir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, indi ölkələrin xəstəliyin yayılmasına hazır olması və infeksiyanın ötürülməsini dayandıra bilməsi çox vacibdir. Bunun üçün yoluxma hallarının müşahidə edilməsi, xəstələrlə təmasda olan şəxslərin müəyyən edilməsi, eləcə də əhalinin maarifləndirilməsi sahəsində öz effektivliyini artıq sübut etmiş tədbirlərdən istifadə etmək lazımdır.

Peyvəndlər də mühüm rol oynaya bilər, lakin hazırda onlar kifayət qədər deyil. ÜST vaksin istehsalçıları, eləcə də ehtiyatlarını bölüşmək istəyən ölkələr və təşkilatlarla danışıqlar aparır.

“Biz narahatçılıq keçiririk ki, COVID-19 pandemiyası zamanı müşahidə etdiyimiz peyvənd paylanmasındakı qeyri-bərabərlik təkrarlana bilər, ən yoxsul əhali təbəqələri isə yenidən bu prosesdən kənarda qala bilər”, – deyə doktor Tedros Qebreyesus vurğulayıb. O, həmçinin xəstəliyin və patogeninin adının dəyişdirilməsi istiqamətində aparılan işlərin davam etdiyini xatırladıb.

Azərbaycanın tibb qurumlarının məlumatına görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında ÜST Azərbaycana 3000 diaqnostik test gətirərək, onları Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təqdim edib.

Post navigation

Previous: “Ordumuz istənilən təxribatın qarşısını alacaq”
Next: FHN-də intim videolar çəkən polkovnik Zaur Mirzəyev saxlanılıb –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış...
Read more about QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.