Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb –

ÜST
13 May 2021 - 09:20

Dünyada son sutka ərzində 643 091 nəfər koronavirusa yoluxub, 11 726 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 159 319 384 yoluxma hadisəsi, 3 311 780 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 57 faizdən çoxu Cənub-Şərqi Asiyanın (370 198) payına düşür.

Digər yerləri isə Avropa (106 5190) ilə Şimali və Cənubi Amerika (105 311) bölüşür.