Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb –ÜST

Dünyada son sutka ərzində 643 091 nəfər koronavirusa yoluxub, 11 726 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 159 319 384 yoluxma hadisəsi, 3 311 780 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 57 faizdən çoxu Cənub-Şərqi Asiyanın (370 198) payına düşür.

Digər yerləri isə Avropa (106 5190) ilə Şimali və Cənubi Amerika (105 311) bölüşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada bayram namazı qılınıb –

Sonrakı məqalə

Şuşada tikiləcək yeni məscidin layihəsi açıqlanıb –