Dünyada son sutkada koronavirusdan 4925 nəfər ölüb

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 7,4 milyonu keçib. Yeni virusdan ölənlərin sayı 418 mindən çoxdur. 

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, son sutkada 136 572 yoluxma, 4925 ölüm hadisəsi qeydə alınıb.

Beləliklə, dünya üzrə yoluxanların ümumi sayı 7 410 510-a, ölənlərin sayı isə 418 294 nəfərə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov təhsil şöbəsinin müdirini və 5 direktoru cəzalandırdı

Sonrakı məqalə

ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir