Dünyanin ən bahalı mənzili kirayəyə verildi –

Ayda 600 min avroya (FOTO)
03 Fevral 2020 - 09:22

Monakoda dünyanın ən bahalı mənzili kirayəyə verilib.

Satış qiyməti 300 milyon avro olan və hələlik satılmayan mənzil ayda 600 min avroya verilib.
Monakonun ən dəbdəbəli binasında yerləşən mənzili binanın sahibi olan «Marzocco» şirkəti kirayəyə verib.

3 mərtəbəli mənzilin sahəsi 3 500 m2, terrası 1500 m2-dir. Evdə çoxsaylı yataq və vanna otaqları ilə yanaşı, evin içərisində və terrasda hovuzlar, kinoteatr, eləcə də Monakonun mərkəzinə baxan şüşəli sauna var. Mənzilin bahalığı onun satışına mane olub – 2015-ci ildən boş qalan evi alan olmayıb və indi kirayəyə verilib. Amma evi kirayəyə götürənin adı açıqlanmır.(APA)