Dünyanın ən böyük içki şirkətinin sabiq rəhbəri ömürlük azadlıqdan məhrum edilib

Çin məhkəməsi dünyanın ən böyük içki şirkəti olan “Kweichow Moutai Group”un keçmiş rəhbəri Yuan Renquonu rüşvət əməllərində təqsirli bilinərək azadlıqdan ömürlük məhrum edib.

Quyyan şəhər məhkəməsində Yuan Renquonun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin gedişində onun 1994-2018-ci illərdə şirkətdə müxtəlif vəzifələrdə çalışarkən 112,9 milyon yuan (təxminən 17,46 milyon ABŞ dolları) məbləğində nağd pul və əmlakı rüşvət kimi alması sübuta yetirilib. Məhkəmə onun azadlıqdan ömürlük məhrum edilməklə yanaşı, bütün siyasi hüquqlardan məhrum olunması və qanunsuz yolla əldə etdiyi əmlakın müsadirəsi barədə nə qərar qəbul edib.

Yuan Renquo həm də Çin Xalq Siyasi Məşvərət Şurasının Quycou vilayəti üzrə iqtisadi komitəsinin sədr müavini olub. Haqqında cinayət işi başlayandan sonra o, Çin Kommunist Partiyasından da xaric edilib.

Qeyd edək ki, səhmlərinin bir hissəsi dövlətə məxsus olan şirkətlər qrupu “Maotai” brendi ilə spirtli içkilər, habelə qida və qablaşdırma məhsulları istehsal edir. Dünyada ən böyük içki şirkəti olan “Kweichow Moutai Group” Çinin ən böyük bazar dəyəri olan qeyri-texnologiya şirkətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zərdabda arvadını boğan ərə 12 il həbs cəzası verildi

Sonrakı məqalə

Qarabağdakı sülhməramlılarının yeni komandanı Ermənistan müdafiə naziri ilə görüşüb