Zərdabda arvadını boğan ərə 12 il həbs cəzası verildi

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mart ayında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sinovac” ağırlaşmadan yaxşı qoruyur –

Sonrakı məqalə

Dünyanın ən böyük içki şirkətinin sabiq rəhbəri ömürlük azadlıqdan məhrum edilib