Dünyanın dörd tərəfində meşələr niyə yanır? –FƏLAKƏT İNDİKATORU

Dünyanın müxtəlif ölkələrində meşə yanğınları evakuasiyalara, insan itkisinə səbəb olub, əmlaka ziyan dəyib. Rəsmilər isə fəlakəti iqlim dəyişikliyi ilə izah edirlər.

Kaliforniyanın şimalında üç həftədir davam edən meşə yanğınından tarixi şəhər dağılıb, evlər, bizneslər külə çevrilib. Türkiyədə isə istilik elektrik stansiyasının tüstülənməsi nəticəsində yüzlərlə kəndli təxliyə olunub.

Yunanıstanda qədim Olimpiya məkanı yaxınlığında yanğını söndürməyə çalışırlar. Avqustun 5-də Şimali Makedoniya ölkə boyunca növbəti 30 gün ərzində fövqəladə vəziyyət elan edib.

Cənub-şərqi Avropada yanğınlara rekord isti dalğası səbəb göstərilir. Kaliforniyada isə quraqlıq, küləklər və rütubətliliyin azlığı yanğın üçün ideal şərait yaradıb.

Kaliforniya, Türkiyə

Tarixi Qrinvil şəhərinin mərkəzi və evlərin çoxu yerlə yeksan olub. Bu şəhər 19-cu əsrin ortalarında Kaliforniyada qızıl axtarışları dövründə salınıb, bəzi taxta evlərin yaşı 100-dən çoxdur.

Avqustun 5-də yanğını hələ də söndürməyə çalışırdılar. Şəhərin 800-ə yaxın sakininə isə evakuasiya əmri verilib. Xəsarət alan, yaxud ölənlər barədə məlumat yoxdur.

Türkiyədə Muğla vilayətindəki elektrik stansiyasına çatan yanğın nəzarətə alınıb. Sakinlər bir gün öncə qayıqlar, maşınlarla ərazini tərk ediblər.

Bu ölkədə yandırıcı istilər, rütubətliliyin azlığı, daim dəyişən küləklər son onillərin ən böyük yanğınlarını törədib. Səkkiz nəfər həlak olub, onlarla insan xəstəxanaya yerləşdirilib.

Yunanıstan

Afinanın şimalında isə meşə yanğınları avqustun 5-də yenidən alovlanıb. Artıq üçüncü gündür yanğınla mübarizə gedir. Havanın temperaturu 40 dərəcə selsiyə yaxınlaşır və hakim orqanlar yanğının davam edəcəyilə bağlı xəbərdarlıq edirlər.

Baş nazir Kiriakos Mitsotakis küləklərin güclənəcəyini deyib. O, əhalini evakuasiya göstərişlərinə əməl etməyə, gərəksiz səyahətə çıxmamağa çağırıb. İkisi könüllü yanğınsöndürən olmaqla 12 nəfər xəstəxanaya yerləşdirilib.

Avropa Birliyinin ətraf mühit üzrə komissarı deyib ki, bu yay dünyanı bürüyən yanğınlar və ekstrim hava şəraiti iqlim dəyişikliyi ilə mübarizənin gərəkdiyini göstərir.

“Son onillərin ən ağır meşə yanğınları ilə mübarizə aparırıq. Amma buyaykı daşqınlar, isti dalğası və meşə yanğınları adiləşə bilər”, – Virginijus Sinkevicius Twitter-də yazıb.

“Özümüzə sual verməliyik: Bu, bizim yaşamaq istədiyimiz dünyadırmı? Nə qədər çox gecikməmişik, təbiətlə bağlı dərhal addımlar atmalıyıq”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvan Mərkəzi Xəstəxanasının direktoruna cinayət işi açılıb –

Sonrakı məqalə

14 il əvvəl Polad Ələmdar “Kurtlar vadisi”ndə Türkiyədəki yanğınlarla bağlı nə deyib? –