Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Dünyanın ehtiyat məlumatları Aya köçürülə bilərmi?

Orkhan Ali 02 Mart 2025 - 12:16 (Last updated: 21 May 2025 - 20:15)
Ay

Ay

Kağız və qələm dövrü bitdikdən sonra istehsal etdiyimiz bütün rəqəmsal məlumatlar 30-40 il ərzində məhv olmağa məhkumdur. Bəs bu problemin həlli Ay ola bilərmi?
Qaynarinfo xəbər verir ki, tarix boyu böyük sivilizasiyalar mədəni irslərini min illər sonrasına çatdırmaq üçün daşlara və qayalara yazılar həkk edərək uğurlu nəticələr əldə ediblər. Lakin kağız və qələmin icadından sonra yaradılan məlumatlar bir neçə yüz il belə davam gətirmir. Rəqəmsal dövrdə isə məlumatlar, adətən, cəmi 10 il ərzində istifadə edilə bilməz hala gəlir.
Məsələn, 20 il əvvəl böyük maraqla CD və DVD-lərə yazdığımız məlumatlara, foto və videolarımıza artıq çətinliklə daxil ola bilirik. Bugünkü bulud saxlama xidmətlərində saxlanılan məlumatlar isə abunə haqqı ödənmədiyi halda bir neçə il ərzində silinir.
Daha təhlükəlisi isə əgər dünyada böyük fəlakətlər baş versə, texnologiyaya əsaslanan mədəniyyət infrastrukturu – ensiklopediyalar, bank məlumatları, əmlak və əhali qeydiyyatı kimi vacib məlumatlar məhv ola bilər. Hətta ehtiyat surətləri belə itə bilər.
Bu risklərdən qorunmaq istəyən qurumlar və hökumətlər üçün bir şirkət Ayda məlumatların ehtiyat nüsxəsini saxlamaq üzərində işləyir. Beləliklə, Yer üzündə baş verə biləcək hər hansı bir fəlakətə baxmayaraq, məlumatların bir surəti Ayda qorunacaq.
Florida mərkəzli “Lonestar Data Holdings” şirkəti 2021-ci ildə Ayda məlumat ehtiyatı saxlamaq məqsədilə yaradılıb. Şirkət 2021 və 2022-ci illərdə Beynəlxalq Kosmik Stansiyada (ISS) dünyanın ilk proqram təminatlı məlumat mərkəzini uğurla sınaqdan keçirib. Ötən il isə Ay səthində tam ölçülü məlumat saxlama testini həyata keçirib.
Bu il fevral ayında IM-1 “Odysseus Nova-C” kosmik aparatı Ayın cənub qütbünə eniş etdikdən sonra şirkət bir sınaq həyata keçirib. Bu test Ay səthindən Yerə effektiv məlumat ötürülməsinin mümkün olduğunu sübut edib.
Şirkət indi Ayda sabit dayanacaq bir məlumat mərkəzi qurmaq üçün çalışır. Bu serverlər iri maliyyə institutlarının və Yer üzərindəki ehtiyat saxlama stansiyalarının bir nüsxəsi kimi fəaliyyət göstərəcək. Bu xidmət istifadəyə verildikdən sonra digər şirkətlərin də kiçik raketlərlə Ay səthinə serverlər göndərib işə salması gözlənilir.
Lakin bunun baş tutması üçün şirkət əvvəlcə NASA və “SpaceX” ilə uyğun qiymətə razılaşmalı, Ay səthinə enəcək “SpaceX Athena” aparatına serverləri yerləşdirməlidir. Ancaq İlon Maskın hazırda Marsa insan göndərmək üçün NASA ilə rəqabət apardığı nəzərə alınarsa, bu planın 5-10 il daha gecikməsi mümkündür.

Post navigation

Previous: Bu bölgədə qarın hündürlüyü bir metri keçib
Next: İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxmasını dəstəkləyib

Oxşar xəbərlər

çay
  • Katogriyasız

Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

User 19 Noyabr 2026 - 09:40
rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 22 Noyabr 2026 - 13:55
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı...
Read more about Sabaha olan hava proqnozu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.