Dünyanın nəhəng kərpic istehsalçısı Rusiyadakı bütün biznesini satdı

Avstriyanın “Wienerberger” konserni Rusiyadakı iki kərpic istehsalı zavodunu satıb.

Azpost.info xəbər verir ki, “Wienerberger Kurkachi” və “Wienerberger Kirpiç” şirkətlərinin yeni sahibi “Stroymiks”dir.

“Stroymiks” şirkətinin iş adamı Aleksey Filinə məxsus olduğu deyilir.

“Wienerberger”in baş ofisi jurnalistlərə sövdələşmə ilə bağlı məlumatı təsdiqləyib. Ofisdən qeyd ediblər ki, şirkət geosiyasi vəziyyətə görə Rusiya bazarını tərk etmək qərarına gəlib.

Tərəflər alış məbləğinin açıqlanmaması barədə razılığa gəliblər.

“Wienerberger” zavodların satışı şirkətin Rusiya bazarından çıxışını tamamlayıb.

Azpost.info

Əvvəlki məqalə

“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Sonrakı məqalə

“Azneft”in direktoru işdən çıxarıldı