Moskva vilayətində avtomobil partlayıb.
TASS xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində sürücü ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər. Ölən şəxs tanınmış politoloq, prezident Putinin Avrasiya ideologiyasının qızğın tərəfdarı Aleksandr Duqinin qızıdır. Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur.
Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünü araşdırır.
KİV ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.
Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinanın idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.
UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı “millətçilər”i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.
