“Dürüstdür, çox təcrübəlidir…”- Britaniya müdafiə naziri Liz Trası  dəstəklədi

Britaniyanın müdafiə naziri Ben Uolles xarici işlər naziri Liz Trasa dəstək verib.

Azpost.info xəbər verir ki, Uolles Trasın ölkənin növbəti Baş naziri olmaq üçün hər şeyə malik olduğunu deyib.

“O dürüstdür, təcrübəlidir. İki il yarım hökumətdə Lizin yaxınında olmuşam. Milli Təhlükəsizlik Şurasında, NATO sammitlərində, beynəlxalq tədbirlərdə yanında oturmuşam. Onun təcrübəsi bu ölkənin maliyyəsini idarə etməkdən tutmuş, xarici arenada Britaniyanı təmsil etməyə qədər böyükdür”, – Uolles “The Sun”a müsahibəsində bildirib.

O, eyni zamanda keçmiş maliyyə naziri, Baş nazir postuna digər şanslı namizəd Rişi Sunakı tutduğu vəzifədən istefa qərarına görə tənqid edib. Uollesin sözlərinə görə, Sunak öz öhdəliklərinə məsuliyyətsiz yanaşıb.

Azpost.info

Əvvəlki məqalə

QMİ Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib

Sonrakı məqalə

Ramin Musayevin yerinə bu şəxs PFL-in prezidenti təyin edildi