Ramin Musayevin yerinə bu şəxs PFL-in prezidenti təyin edildi

Peşəkar Futbol Liqasının yeni prezidenti məlum olub. 

Azpost.info Qol.az-a istinadən bildirir ki, PFL-in yeni prezidenti Elxan Səmədov adlı şəxs olub. Onun bunadək VAR-da (videoköməkçi hakim) layihə rəhbəri olduğu bildirilir.

Xatırladaq ki, Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

O, səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

Yaxın saatlarda istefa ilə əlaqədar rəsmi açıqlama veriləcəyi gözlənilir. Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

 

Əvvəlki məqalə

“Dürüstdür, çox təcrübəlidir…”

Sonrakı məqalə

PFL Ramin Musayevin istefası ilə bağlı rəsmi AÇIQLAMA yaydı