Düşmənin hərbi avtomobil korteji məhv edilib –

RƏSMİ (FOTO)
01 Noyabr 2020 - 22:51

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.