Düşmənin hərbi kolonunu top atəşi ilə məhv edən cəsur əsgərimiz –

FOTO
26 Oktyabr 2020 - 20:22

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri torpaqlarımızın Ermənistan silahlı qüvvələrindən azad edilməsi uğrunda Vətən müharibəsində yüksək qəhrəmanlıq və rəşadət göstərir, hər gün yeni-yeni igidlik nümunəsi yaradırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan növbəti videoçarxda Azərbaycan Ordusunun kiçik çavuşu Rauf Zərgərlidən söhbət açılır.

Cəsur əsgərimiz sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq ordumuzun keçirdiyi əks-hücum əməliyyatında fəal iştirak edərək top komandiri kimi düşmənin silah-sursat daşıyan hərbi kolonunu top atəşi ilə məhv edib.