Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib –

MÜDAFİƏ NAZİRLİYİ
29 Sentyabr 2020 - 11:16

Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir.

Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının APA-ya verdiyi məlumata görə, bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib.