Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib –

MÜDAFİƏ NAZİRLİYİ
25 Oktyabr 2020 - 10:08

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.