Düşmən Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub- DSX məlumat yaydı

2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozmuş­lar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılmış, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2040-cı ildə dünyada enerji resurslarından istifadə 30% artacaq

Sonrakı məqalə

“Özləri çalıb, özləri oynayırlar”