2040-cı ildə dünyada enerji resurslarından istifadə 30% artacaq- PROQNOZ

Proqnozlara görə, 2040-cı ildə dünyada enerji resurslarından istifadə 2017-ci ilin göstəriciləri ilə müqayisədə 30% artacaq.

“APA-Economics”in məlumatına görə, bunu BP şirkətinin Rusiya və postsovet ölkələri üzrə iqtisadiyyat və enerji məsələlərinə dair tədqiqatlara rəhbərlik edən və həmin ölkələrin iqtisadi siyasəti üzrə məsləhətçisi Vladimir Drebentsov “BP-nin Dünya Enerjisinə dair Statistik İcmalı” və “BP-nin Enerji Perspektivlərinə Baxış – 2040” adlı sənədlərin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, enerji resurslarından istifadənin artmasının əsas səbəblərindən biri dünyada əhalinin artmasıdır. Bundan əlavə, enerji resurslarından istifadənin artmasına əhalinin gəlirlərinin çoxalması da təsir göstərəcək.

V. Drebentsov onu da əlavə edib ki, şist inqilabının nəticəsi kimi mayeləşdirilmiş təbii qazın kəmərlərlə nəql edilən “mavi yanacaq”la rəqabət təzyiqi artacaq.

“Şist inqilabı ABŞ tərəfindən mayeləşdirilmiş qazının ixracının artmasına səbəb olub. Perspektivdə ölkə dünyada ən iri mayeləşdirirmiş təbii qaz ixracatçısına çevriləcəyi proqnozlaşdırılır”, – deyə V. Drebentsov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Sonrakı məqalə

Düşmən Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub