Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP əhaliyə müraciət edib

User 12 Sentyabr 2023 - 10:02 (Last updated: 21 May 2025 - 20:15)
trend_dyp_main

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir ki, ölkəmizdə yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha​ effektiv tədbirlərin görülməsini zəruri edir.

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyat keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb.

Qeyd edilib ki, tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların​ hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin​ gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, eyni zamanda yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində​ hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa​ dəvət edir”, – müraciətdə vurğulanır.

Post navigation

Previous: Ağdam yolundan keçən Rusiyanın yük avtomobili Xankəndinə çatdı –
Next: “Gedənlər geri qayıtmağa başlayıb və bu bizi sevindirir”

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.